Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » SON DƏQİQƏ! Düyməyə basıldı - Bu əraziyə hərbi qüvvələr yerləşdirildi
SON DƏQİQƏ! Düyməyə basıldı - Bu əraziyə hərbi qüvvələr yerləşdirildi

Suriya ordusu Hələbdəki Deyr Hafir xəttində mülki şəxslərin təhlükəsiz şəkildə təxliyəsini təmin etmək məqsədilə genişmiqyaslı hərbi yerləşdirmə həyata keçirib.

Reportyor.tv xəbər verir ki, ordu daha əvvəl açıqlamışdı ki, bu gün saat 09:00–17:00 aralığında SDF terror təşkilatının nəzarətində olan Deyr Hafiri tərk etmək istəyən mülki şəxslər üçün humanitar dəhliz açılacaq.

Məlumata görə, Suriya Ordusu Hələb mərkəzindən təxminən 60 kilometr məsafədə yerləşən Deyr Hafir xəttinə genişmiqyaslı qüvvə yerləşdirib. Bildirilir ki, bölgədəki hərəkətlilik mülki əhalinin təhlükəsiz təxliyəsinə hazırlıq xarakteri daşıyır.

Anadolu Ajansı müxbirinin Suriya ordusu rəsmilərinə istinadən verdiyi xəbərə görə, YPG/SDF mülki şəxslərin ərazini silah gücü ilə tərk etməsinə mane olur.

Deyr Hafirdən mülki əhalinin təxliyəsinə məsul olan və adının açıqlanmasını istəməyən hərbi rəsmi bildirib:

“Humanitar dəhliz açılıb. Suriya ordusu terror təşkilatının nəzarətində olan bu ərazidən mülki əhalini təhlükəsiz şəkildə çıxarmaq istəyir. Bütün zəruri tədbirlər görülüb. Lakin terror təşkilatı mülki şəxslərin silah gücü ilə ərazini tərk etməsinə mane olur.”

Rəsmilər xatırladıblar ki, Suriya ordusunun Hələbin Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində apardığı əvvəlki əməliyyatlar zamanı da terror təşkilatı mülki əhalinin münaqişə zonasını tərk etməsinə mane olmağa çalışıb və onlardan canlı qalxan kimi istifadə edib.

Bu arada, Suriya ordusunun bölmələri Deyr Hafirdən təxminən 5 kilometr aralıda nəzarət məntəqəsi qurub. Məntəqədəki əsgərlər bildiriblər ki, terror təşkilatının maneələri səbəbindən indiyədək heç bir mülki şəxs ərazini tərk edə bilməyib.

Musavat.com

Şərhlər