Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putindən sensasion mesaj: ABŞ ilə Ukrayna üçün gizli razılaşma masada
Putindən sensasion mesaj: ABŞ ilə Ukrayna üçün gizli razılaşma masada

Rusiya ilə ABŞ arasında Ukrayna mövzusu üzrə yeni və gözlənilməz diplomatik mərhələnin başlaya biləcəyi barədə açıqlama verilib.

Reportyor.tv xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin çıxışında bildirib.

Putinin sözlərinə görə, ABŞ nümayəndələri Uitkoff və Kuşner Ukrayna ilə bağlı dialoqu davam etdirmək məqsədilə sabah Moskvaya səfər edəcəklər. Prezident qeyd edib ki, Rusiya Donald Tramp tərəfindən irəli sürülən və “Sülh Şurası” kimi təqdim olunan təşəbbüslə bağlı rəsmi dəvət alıb.

Putin vurğulayıb ki, bu təklif dərhal qəbul edilməyəcək. Məsələ əvvəlcə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təhlil olunacaq, daha sonra isə Moskvanın tərəfdaş ölkələri ilə məsləhətləşmələr aparılacaq və yekun qərar bundan sonra açıqlanacaq.

Rusiya prezidentinin açıqlamasında ən diqqətçəkən məqam maliyyə məsələsi olub. O bildirib ki, Moskva dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları “Sülh Şurası”na göndərməyə hazırdır. Eyni zamanda, Rusiya ABŞ ilə dondurulmuş Rusiya aktivlərindən xüsusi hərbi əməliyyatlar zonasının bərpası üçün istifadə olunması imkanlarını da müzakirə edir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti