Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » "Time" jurnalından Xamenei ilə bağlı diqqətçəkən manşet: - Sui-qəsd mesajı?
"Time" jurnalından Xamenei ilə bağlı diqqətçəkən manşet: - Sui-qəsd mesajı?

İrandakı hadisələrin fonunda "Time" jurnalının Ayətullah Əli Xamenei ilə bağlı üz qabığı diqqət mərkəzinə gəlib.

Publika.az xəbər verir ki, Edel Rodriqezin müəllifi olduğu üz qabığı "After the Ayatolla"(Ayətullahdan sonra) başlığı ilə yayımlanıb.

Xamenei üz qabığında arxası çevrilmiş, üzü isə örtülü bir fiqur kimi təsvir olunub. Qırmızı tonlarla örtülmüş illüstrasiya isə etirazların necə nəzarətdən çıxdığını və ölkə daxilindəki gərginliyi əks etdirir.

"Time" jurnalı daha əvvəl də oxşar üz qabıqlarını dərc edib. ABŞ-ın İraqa hücumundan əvvəl, 2003-cü ildə jurnal üz qabığında "Səddamdan sonra həyat" başlığı ilə Səddam Hüseynin portretini yerləşdirmişdi.

Həmçinin, 2011-ci ildə qəzet Liviya lideri Müəmmər Qəddafinin üzünün yarısı silinmiş şəklini "Qəddafidən sonrakı dünya" başlığı altında dərc edib.

Hər iki lider bu üz qabıqlarının yayımlanmasından qısa müddət sonra edam edilib.

Roza

Şərhlər