
X4.2 gücündə Günəş alışması bu gün birbaşa Yerə baxan istiqamətdə qeydə alınıb.
Reportyor.tv xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, əgər koronal kütlə atımı (KVA) faktı təsdiqlənərsə, partlayışın mövqeyi və yüksək gücü nəzərə alınaraq Yer üçün son dərəcə güclü geomaqnit təsir riski yaranır.
Hazırda partlayışın baş verdiyi bölgədə şüalanmanın çox kəskin və impulsiv artımı müşahidə olunub. Bu isə Günəşdə baş verən proseslərin yüksək enerji ilə müşayiət olunduğunu göstərir və vəziyyətin diqqətlə izlənilməsini zəruri edir.
Məlumata görə, sabahdan başlayaraq həftənin sonunadək geomaqnit qasırğaları gözlənilir. Qasırğaların gücü və intensivliyi ilə bağlı alimlər arasında hələlik yekdil rəy yoxdur.
Qeyd edək ki, bu səviyyəli Günəş aktivliyi peyk rabitəsində pozuntulara, naviqasiya sistemlərində xətalara və enerji şəbəkələrində problemlərə səbəb ola bilər. Mütəxəssislər vəziyyətin inkişafını real vaxt rejimində izləməyə davam edirlər.
Musavat.com






Şərhlər