Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Alman deputat belaruslu siyasi məhbuslara soğan əkdirirmiş
Alman deputat belaruslu siyasi məhbuslara soğan əkdirirmiş

“Almaniya üçün Alternativ” (AfD) partiyasından olan alman deputat sanksiyaları pozmaqda və Belarusdakı plantasiyada siyasi məhbuslardan istifadə etməkdə ittiham olunur.

Reportyor.tv xarici mediaya istinadla xəbər verir ki, Saxon əyalət parlamentinin üzvü Yörq Dornau 4 fevralda Drezdendəki qanunvericilik binasında saxlanılıb. Bu, parlament üzvlərinin onun toxunulmazlığının qaldırılması ilə bağlı səsverməsindən sonra baş verib. Gömrük işçiləri eyni vaxtda siyasətçinin evində, ofislərində və avtomobilində Leypsiq rayon məhkəməsinin qərarına əsasən axtarış aparıblar.

Leypsiq prokurorluğu ona qarşı “Xarici ticarət qanunu” ilə ittiham irəli sürüb. İstintaq müəyyən edib ki, Dornau 2022-ci ilin avqust ayında teleskopik aparatın ixracı üçün sənədləri tamamlayıb və son təyinat yeri kimi Qazaxıstan göstərilib. Avadanlıq əslində Belarusa göndərilib və bununla da sanksiyalardan yayınıb.

Dornau 2019-cu ildən bəri Saxon parlamentində xidmət edir. Ötən ilin avqust ayında məhkəmə onu Belarusdakı kənd təsərrüfatı şirkətindəki səhmlərə sahibliyi barədə məlumatları gizlətdiyinə görə 20.862 avro cərimələyib. "Welt" qəzeti parlament üzvünün dəfələrlə Belarus rəsmiləri ilə görüşdüyünü, lakin parlamenti xəbərdar etmədiyini bildirib.

2024-cü ilin sentyabr ayında Belarus jurnalistləri Dornaunun fəaliyyəti ilə bağlı araşdırma dərc ediblər. Onlar onun soğan yetişdirən "Tsıbulka-Bel" şirkətinin “Lida” cəzaçəkmə müəssisəsi müqavilə bağladığını aşkar ediblər. Sənədlərə görə, siyasi səbəblərdən orada saxlanılan insanlar plantasiyada işləmək üçün işə cəlb olunurlar.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti