Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran Ermənistanla strateji sənəd İMZALAYACAQ
İran Ermənistanla strateji sənəd İMZALAYACAQ

Ermənistanın baş naziri Nikol Paşinyanın 2026-cı ildə Tehrana səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.

Reportyor.tv xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami deyib.

Onun sözlərinə görə, tərəflər tərəfdaşlığı institusionallaşdırmaq və yol xəritəsinə əsasən əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

O, münasibətlərin yetkinlik mərhələsinə çatdığını və liderlər arasında etimadın əsas amil olaraq qaldığını vurğulayıb.

Diplomat həmçinin Cənubi Qafqazda sabitliyin əsası kimi regional kommunikasiyaların açılmasının və tranzit potensialının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Musavat.com

Şərhlər