Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Pezeşkianın yerinə KEÇİD HÖKUMƏTİ? – İranda HAZIRLIQ
Pezeşkianın yerinə KEÇİD HÖKUMƏTİ? – İranda HAZIRLIQ

İran prezidenti Məsud Peşeşkian son çıxışında xarici qüvvələrin ölkədəki hakimiyyət dəyişikliyi planlarından danışıb. Bundan əvvəl isə İranın ali lideri ayətullah Əli Xamenei bildirib ki, xarici qüvvələrin İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə cəhd ediblər.

"Xarici qüvvələr daim İranda islam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər", - Xamenei qeyd edib.

"Vaşinqton İranda siyasi böhran meydana gələcəyi təqdirdə bu ölkədə müvəqqəti hökumətin qurulması istiqamətində gizli plan hazırlayır". Bu barədə isə "The National News" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin prosesdə yaxından iştirakı nəzərə çarpır. O, sözügedən məsələ üzrə məsləhətləşmələr aparılması üçün bir qrup İran əsilli biznesmeni öz ətrafında toplayır. Qəzet həmçinin diqqətə çatdırır ki, ABŞ hökumətinin nümayəndələri yaxın günlərdə Florida ştatının Palm-Biç şəhərində İran müxalifətinin üzvləri ilə görüşmək niyyətindədir. Ağ Ev bu xəbər barədə ümumiyyətlə hər hansı şərh verməyib.

Bəs İranda keçid hökuməti hansı hallarda qurula bilər? Hakimiyyət dəyişikliyi iddiaları rejimin qəsdən düşünüb ortaya atdığı plandırmı?

Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, kənardan müdaxilə ilə İranda hökumət dəyişikliyi planın olması real deyil. Onun qənaətinə görə, qonşu dövlətdə daxili çəkişmələr dərinləşib, son hadisələr səbəbindən hazırda islahatçı qanadla mühafizəkarların mübarizəsi güclənib: "Məsud Pezeşkian islahatçıların adamıdır. Onun son hadisələrlə bağlı mövqeyi konservativ dairələrin əlinə bəhanə verib. İndi prezidenti zəif idarəçilikdə ittiham edirlər. Pezeşkian isə son çıxışında millətdən üzr istəyib və problemlərin birgə həllinə çağırıb. Bu da onun keçmiş rəqibi Cəlali və digər mühafizəkarlara, həmçinin parlament sədri Qalibaf, Təhlükəsizlik Şurasının katibi Laricani kimi ciddi təsir gücləri olan qüvvələrə fürsət qazandırıb. Onlar Pezeşkianın impiçmentini müzakirəyə çıxarmaq istəyirlər. Amma son sözü dini rəhbər Xamenei deyir və məncə, hakimiyyət dəyişikliyi gözlənilmir".

Q.Hüseynli SEPAH-ın xüsusi canfəşanlığını da vurğulayıb: "İranda son hadisələr nəticəsində ictimai rəy Pezeşkiana qarşı yönəlib. Cəmiyyət onu rejimin bir fiquru kimi pisləyir, hətta " saxtakar doktor" deyənlər var. Bu da nümayişlərdə öldürülənlərə görə olan qəzəbdir. Amma iranlılar bizdən də yaxşı bilirlər ki, prezidentin səlahiyyətləri məhduddur. Nə polisə, nə orduya əmr vermək ixtiyarı var. Yəni SEPAH və Bəsicə göstəriş versə ki, etirazçılara atəş açmayın, Pezeşkianın bu əmrini yerinə yetirməyəcəklər. Çünki prezidentin belə bir səlahiyyəti yoxdur və ali rəhbərə tabedirlər. Bu mənada Pezeşkianın üzərinə gedənlər yalnız onun daxildə siyasi rəqibləridir və mühafizəkarlar impiçmentə nail olmaq istəyirlər. Halbuki Pezeşkian həqiqətləri etiraf edir, Qərblə əlaqələri yaxşılaşdırmaq tərəfdarı idi, amma imkan verilmədi, o cümlədən də Azərbaycanla münasibətləri inkişaf etdirir. Zənnimcə, Pezeşkian fitnəkarların hədəfindədir”.

ABŞ-a gəlincə, mütəxəssis hesab edir ki, Vaşinqton İranda dəyişiklik olacaqsa, bunun sistemin dağılması kimi görür, siyasi hakimiyyətin dəyişməsi ilə nəticə olmaz.

Emil Salamoğlu
Musavat.com

Şərhlər