
Son araşdırmalar göstərir ki, Türkiyədə demans və Alzheimer xəstəliklərinə bağlı ölümlər sürətlə artır.
Musavat.com "Hürriyet" qəzetinə istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, yaşlı əhalinin artması və xəstəliyin daha aqressiv gedişi bu trendi davam etdirəcək.
Türkiyədə 65 yaş və yuxarı şəxslərin təxminən 5–6%-də Alzheimer xəstəliyi mövcuddur. TÜİK-in 2020-ci il məlumatına görə, ölkədə demans və Alzheimer səbəbindən 17 min nəfər həyatını itirib.
Nevrologiya üzrə mütəxəssis Prof. Dr. Talip Asil xəbərdarlıq edir ki, növbəti 30 ildə demans xəstəliklərinin sayı əhəmiyyətli dərəcədə artacaq və ölüm hallarının yüksəlməsi qaçılmazdır. Erken diaqnoz, risklərin azaldılması və düzgün baxım planlaması həm fərdi, həm də ictimai sağlamlıq üçün həyati önəm daşıyır.
Buna əlavə olaraq, Alzheimer xəstəliyinin gedişini ləngidə biləcək dərmanlardan biri olan Lecanemab, yüksək qiymət və NHS-in rədd qərarı səbəbindən geniş tətbiq edilə bilmir. Bu isə xəstələrlə bağlı narahatlığı daha da artırır.
Musavat.com








Şərhlər