
ABŞ sanksiyaların qaldırılmasını müzakirə etməyə hazır olarsa, Tehran Vaşinqtonla nüvə sazişinə nail olmaq üçün müəyyən güzəştləri nəzərdən keçirməyə hazırdır.
Reportyor.tv xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi BBC telekanalına müsahibəsində bildirib.
Nazir müavini İranın uranın zənginləşdirilmə səviyyəsini 60 faizə endirmək təklifini kompromisə açıq olduğunun göstəricisi kimi təqdim edib. Onun sözlərinə görə, bu addım Tehranın razılaşmaya doğru irəliləmək niyyətini ortaya qoyur.
Təxt-Rəvançi qeyd edib ki, hazırda qərar ABŞ-dən asılıdır. O bildirib: “İndi top Amerikanın meydanındadır və razılığa gəlmək istədiklərini sübut etmək onlardan asılıdır”.
İran rəsmisi əlavə edib ki, əgər ABŞ tərəfi səmimi yanaşma nümayiş etdirərsə və sanksiyaların müzakirəsinə hazır olarsa, Tehran həm bu məsələni, həm də nüvə proqramı ilə bağlı digər mövzuları müzakirə etməyə açıqdır. (Shafaqna)
Musavat.com






Şərhlər