
Reportyor.tv “The Advertiser” nəşrina istinadla xəbər verir ki, qadınlar kütləvi şəkildə başlarını qırxmağa başlayıblar.
TikTok istifadəçiləri qayçı və saç maşını ilə başlarını qırxdıqları videoları paylaşmağa başlayıblar. Nəşrin məlumatına görə, bu trendi bloqer Erika Titus başladıb. O, makiyaj kontenti yaratmaqda ixtisaslaşıb və səhifəsinin dörd milyon izləyicisi var.
Yanvarın əvvəlində Titus başını qırxdığı videonu paylaşıb. İzləyicilər influenserin cəsarətli addımından məmnun qalıblar və çoxları onu təqlid etməyə başlayıb. Titus da öz növbəsində hər biri bir milyon bəyənmə toplayan videoları ayrıca bir seriyaya toplayıb. İstifadəçilər qeyd ediblər ki, imiclərindəki köklü dəyişiklik onlara özlərini sərbəst və rahat hiss etməyə kömək edib, çünki artıq saç düzümünə vaxt və pul xərcləmək məcburiyyətində deyillər.
“Teen Vogue” jurnalına verdiyi son müsahibədə Titus özü başını qırxmağın cazibədar ideya olduğunu vurğulayıb. "Bilmirəm niyə ağlıma gəldi, bəlkə də Stranger Things-i izlədim və Eleven-in qırxılmış başını gördüm", - deyə o, şounu izlədikdən sonra bir neçə gün ərzində bu dəyişikliyi etməyə cəsarət edə bilmədiyini izah edib.
Bundan əlavə, o, bloq karyerasının əvvəlindən bəri tez-tez görünüşü ilə bağlı tənqidlərlə qarşılaşdığını etiraf edib. "Daha tez-tez "yox" deməyə və hüquqlarım uğrunda mübarizə aparmağa başladım. Başımı qırxmaq mənə başqaları ilə, lakin əsasən özümlə sərhədlər qoymağa kömək etdi", - Titus qeyd edib.
Musavat.com






Şərhlər