Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » “Dünyanın ən güclü ordusu elə bir sillə ala bilər ki..."
“Dünyanın ən güclü ordusu elə bir sillə ala bilər ki..."

ABŞ prezidenti Donald Trampın “Ordumuz dünyanın ən güclü ordusudur” bəyanatına İranın ali dini lideri Əli Xamenei kəskin cavab verib.

Reportyor.tv xəbər verir ki, Cenevrədə İran və ABŞ nümayəndə heyətlərinin nüvə danışıqlarının ikinci mərhələyə başladığı vaxtda Tehranda çıxış edən Xamenei bildirib ki, Trampın son açıqlamaları əslində Vaşinqtonun uğursuzluğunun etirafıdır.

Xamenei deyib ki, ABŞ prezidenti çıxışlarının birində “Amerika 47 ildir islam respublikasını aradan qaldıra bilməyib” ifadəsini işlədib və bu, faktiki olaraq reallığın qəbuludur: “Bu yaxşı etirafdır. Mən də deyirəm ki, sən də bunu bacarmayacaqsan”.

İran lideri Trampın ABŞ ordusunu “dünyanın ən güclü ordusu” adlandırmasına da münasibət bildirib:
“Dünyanın ən güclü ordusu elə bir sillə ala bilər ki, ayağa qalxa bilməz. Təyyarədaşıyandan daha təhlükəli olan, onu dənizin dibinə göndərə biləcək silahdır”.

Xamenei həmçinin ABŞ-ni danışıqların nəticəsini əvvəlcədən diktə etməkdə ittiham edib. Onun sözlərinə görə, Vaşinqtonun “Gəlin nüvə enerjisi barədə danışaq, amma nəticə sizin bu enerjiyə sahib olmamağınız olsun” yanaşması qəbuledilməzdir: “Əgər razılıq əldə etmək 
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti