Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran Rusiyaya uran ötürə bilər – gizli mexanizm müzakirədə
İran Rusiyaya uran ötürə bilər – gizli mexanizm müzakirədə

ABŞ və İran arasında davam edən nüvə danışıqlarında diqqətçəkən yeni detal ortaya çıxıb.

Reportyor.tv xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, Tehran mümkün razılaşma çərçivəsində zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ölkə xaricinə çıxarmağa hazır olduğunu bildirib və variantlardan biri kimi Rusiyaya ötürülmə mexanizmi müzakirə olunur.

Mənbə yazır ki, İran nüvə proqramından tam imtina etməyi planlaşdırmır. Bunun əvəzinə kompromis variant kimi aşağıdakı addımlar nəzərdən keçirilir:

uranın zənginləşdirilməsinə müvəqqəti pauza verilməsi;

zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılması;

artıq ehtiyatların ölkədən çıxarılması.

Belə model Vaşinqtonun əsas narahatlığı – Tehranın qısa müddətdə silah səviyyəli material əldə etməsi riskini azaltmağa hesablanıb. İran isə bunun müqabilində sanksiyaların yumşaldılmasına nail olmağa çalışır.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti