Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İrandan ŞOK TƏKLİF: Zənginləşdirdiyi uranı bu ölkəyə göndərir
İrandan ŞOK TƏKLİF: Zənginləşdirdiyi uranı bu ölkəyə göndərir

Fevralın əvvəlində Omanda ABŞ ilə danışıqların ilk mərhələsi zamanı İran rəsmiləri yüksək zənginləşdirilmiş uranı Rusiyaya təhvil verməyi təklif etdilər. Ölkə həmçinin bir neçə il ərzində zənginləşdirməni dayandırmağa hazır olduğunu bildirib.

Reportyor.tv "The Wall Street Journal"a istinadən xəbər verir ki, bunu İran, Ərəb və Amerika rəsmiləri nəşrə bildiriblər:

"Omanda əvvəlki görüşdə İran ABŞ-yə 12 nüvə bombasını yanacaqla təmin etmək üçün kifayət qədər olan bu yüksək zənginləşdirilmiş materialı xaricə, ehtimal ki, Rusiyaya göndərməyə hazır olduğunu bildirib".

Diplomatların sözlərinə görə, İran rəsmiləri həmçinin uranın zənginləşdirilməsini üç ilə qədər müddətdə dayandırmağı təklif edə biləcəklərini bildiriblər.

Lakin WSJ-nin yazdığına görə, bu təklifin əhəmiyyəti azdır, çünki iyun ayında ABŞ-nin hücumları ölkənin əsas nüvə obyektlərini sıradan çıxardıqdan sonra İranın uranın zənginləşdirilməsini dayandırdığı güman edilir.

Nəşr həmçinin əlavə edib ki, 2025-ci ilin iyun ayında ABŞ hücumlarından sonra mövcud yüksək zənginləşdirilmiş uranın əsas hissəsi hücuma məruz qalan nüvə obyektlərinin dağıntıları altındadır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti