
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, uzunmüddətli hava əməliyyatları üçün zəruri olan onlarla yanacaqdaşıyan təyyarə də qabaqcıl mövqelərə yerləşdirilib.
Nəşrin məlumatına görə, ABŞ-nin Karib hövzəsindən İran istiqamətinə hərəkət edən ikinci aviadaşıyıcı qrupu bu həftənin sonu və ya gələn həftənin əvvəlində Aralıq dənizinə çata bilər.
Gözlənilir ki, aviadaşıyıcı Təl-Əviv və digər İsrail şəhərlərini mümkün İran cavab zərbələrindən qorumaq üçün İsrail sahilləri yaxınlığında yerləşdiriləcək.
Polşanın Baş naziri Donald Task bu gün (19 fevral 2026) verdiyi rəsmi bəyanatda ABŞ və İran arasında gözlənilən hərbi toqquşma riskinin maksimuma çatdığını bildirib.
Musavat.com xəbər verir ki, o, İranda qalan polşalıların ölkəni tərk etməsi üçün vaxtın daraldığını vurğulayıb.
"Bir neçə saatdan sonra polşalıları İrandan təxliyə etmək imkanı qalmaya bilər. Təhlükəsizlik vəziyyəti kəskin pisləşir".
Baş nazir eyham vurub ki, hərbi əməliyyatlar başlasa, mülki uçuşlar dərhal dayandırılacaq və insanlar İranda qapalı qala bilərlər.
Task İrandakı bütün Polşa vətəndaşlarını heç bir bəhanə gətirmədən dərhal ən yaxın sərhəd məntəqələrinə və ya hava limanlarına yollanmağa səsləyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu İranı hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.






Şərhlər