Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Qızıl, platin və karbon qarışığı: Kadırovun oğlu üçün hazırlanan lüks telefonların qiyməti dodaq uçuqladır
Qızıl, platin və karbon qarışığı: Kadırovun oğlu üçün hazırlanan lüks telefonların qiyməti dodaq uçuqladır

Rusiya Federasiyasının Çeçenistan Respublikasında yerli elita və lüks həvəskarları üçün növbəti səs-küylü və qeyri-adi addım atılıb.

Reportyor.tv xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı olmasına baxmayaraq ölkənin ən müxtəlif dövlət mükafatlarına və yüksək vəzifələrinə layiq görülən oğlu Adam Kadırovun portreti həkk olunmuş eksklüziv "iPhone" modelləri satışa çıxarılıb. Bu qeyri-adi smartfonların qiyməti isə eşidənləri heyrətə gətirir – cihazın bir ədədi düz 400 min rubla (təxminən 8700 AZN) təklif olunur.

Məlumata görə, bu xüsusi dizaynlı telefonlar olduqca məhdud sayda və yalnız VIP müştərilər üçün istehsal edilib. Satıcılar cihazın dizaynında istifadə olunan materialların yüksək keyfiyyətini və onun premium seqmentə aid olduğunu xüsusilə qabardırlar. Belə ki, smartfonun gövdəsi platin örtüklə bəzədilib, arxa panelinə xüsusi karbon əlavələr edilib və istehsal zamanı yalnız lüks seqmentə aid digər qiymətli materiallardan istifadə olunub. Sosial şəbəkələrin Rusiya seqmentində böyük müzakirələrə və tənqidlərə yol açan bu addım, gənc Adam Kadırovun çeçen cəmiyyətindəki xüsusi statusunu növbəti dəfə nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti