Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zaxarova elan etdi: Bayramovla Lavrov arasında taleyüklü danışıqlar başlayır
Zaxarova elan etdi: Bayramovla Lavrov arasında taleyüklü danışıqlar başlayır

Cənubi Qafqazda və region ətrafında geosiyasi proseslərin sürətləndiyi bir vaxtda Bakı ilə Moskva arasında növbəti kritik təmas baş tutur.

Reportyor.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iyulun 16-17-də Rusiya Federasiyasına rəsmi səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində Azərbaycanın baş diplomatının rusiyalı həmkarı Sergey Lavrovla son dərəcə mühüm danışıqlar aparacağı gözlənilir.

Zaxarovanın sözlərinə görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, gələcək inkişaf perspektivlərini, eləcə də regional təhlükəsizlik və beynəlxalq gündəmdə duran ən aktual məsələləri ətraflı müzakirə edəcəklər.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti