Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkə “qaşınır”. Bir dəqiq zərbə... – Solovyov
Bu ölkə “qaşınır”. Bir dəqiq zərbə... – Solovyov

Bildiyimiz kimi, Kosovada samballı NATO bazası var. Onlar az qala bizi təhdid edir, Ukraynanı dəstəkləyir, Serbiya ilə kəllə-kəlləyə gəlir.
reportyor.tv xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.
“Sadə dillə desək, Kosova son günlər yaman “qaşınır”. Bəlkə artıq vaxtıdır? Bəlkə bir zərbə vuraq? Axı biz bilirik əslində orada nələr baş verir. Serb ailələr Kosovada illərdir əzilir. Bəlkə bu ailələrə dəstək olaq? Dəqiq bir zərbə... Sonradan Serbiyaya rəsmi olaraq dəstək təklif edək. Orada öz bazamızı açaq”, - deyə o qeyd edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti