İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb
Tarix: 2-04-2023, 02:23
Baxılıb: 243
Google+ Paylaş
Tumblr Paylaş

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb

2-04-2023, 02:23

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.
Reportyor.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.
Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib
"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.
Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur", -məlumatda qeyd olunub.
Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran - Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ