Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Planetin ən böyük aysberqi sürüşməyə başladı
Planetin ən böyük aysberqi sürüşməyə başladı

Planetin ən böyük aysberqi "A23a" Cənubi Okeanda Antarktida sahilləri boyunca aktiv sürüşməyə başlayıb.
reportyor.tv xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutu məlumat yayıb.
Qeyd olunur ki, Antarktida qışının başlanğıcında aysberq ayda 150 km-dən çox sürətlə aktiv sürüşməyə başlayıb. Hazırda o, Antarktida sahilləri boyunca Ueddell dənizində hərəkət edir.
Alimlər vurğulayırlar ki, "A23a"nın gələcəyi cərəyanların təsirindən, sualtı relyef çıxıntılarından, həmçinin meteoroloji amillərdən asılıdır.
"Ancaq sonda aysberqin ömrünün günləri sayılıb, o, çox güman ki, bu il təmiz suya gətiriləcək", - institut əlavə edib.
Aysberq "A23a", 1986-cı ilin sentyabrında Filchner buz rəfinin xarici kənarından qopub. Burada Sovet Antarktika ekspedisiyasının "Drujnaya-1" mövsümi bazası yerləşirdi.
Aysberqin sahəsi təxminən 4170 kvadratmetrdir ki, bu da Sankt-Peterburqun ərazisindən iki dəfə çoxdur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti