“Virus öz-özünə çəkilib gedən deyil” – Baş infeksionist
Tarix: 6-05-2020, 15:37
Baxılıb: 69
Google+ Paylaş
Tumblr Paylaş

“Virus öz-özünə çəkilib gedən deyil” – Baş infeksionist

6-05-2020, 15:37

Karantin rejiminin yumşaldılması bəzi insanlarda fikir formalaşdırdı ki, guya Azərbaycanda artıq xəstəlik yoxdur və qaydaları gözləmək, maska taxmaq, sosial məsafəni qorumaq lazım deyil.
Hurriyyet.org xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, küçələrdə maskasız gəzənlərin, ictimai nəqliyyatdan maskasız istifadə edənlərin sayı çoxalıb.
“Bu da xəstəliyin sayının artmasına səbəb olur. İnsanlar verilən tövsiyələrə əməl etməsələr təbii ki, xəstəlik artacaq. Yumşaldılma bizə əsas vermir ki, tövsiyələrdən imtina edək və onlara əməl etməyək. Tövsiyələrə əməl etməsən, həm özün virusa yoluxacaqsan, həm də ətrafdakıları yoluxduracaqsan. Yoluxma hallarının çoxalması bizi yenidən karantin qaydalarının sərtləşdirilməsinə məcbur edə bilər. Bunu isə heç kim istəmir. Qarşıdan yay fəsli gəlir, havalar isinir”.
C.İsayev bildirib ki, əgər yayda istirahət etmək, çimərliyə getmək istəyiriksə, o zaman qaydalara ciddi şəkildə əməl edilməlidir.
“Biz qaydalara əməl etsək, karantin rejimindən tam çıxa bilərik. Virus öz-özünə çəkilib gedən deyil. Epidemiya başlayıb, bunun davamı bir müddət çəkə bilər və istirahətimizə, maddi durumumuza, dövlətin iqtisadi vəziyyətinə mane ola bilər. Biz sərt karantin dövründə yaxşı nəticələr əldə etmişdik. Amma son dövrlər meydana çıxan rəqəmlər bizi narahat edir və yayılma ehtimalının olmasını göstərir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ