Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Paşinyan daha bir “qarabağlı mer”i həbs etdirdi - Ağdərənin “rəhbəri” İrəvanda qandallandı
Paşinyan daha bir “qarabağlı mer”i həbs etdirdi - Ağdərənin “rəhbəri” İrəvanda qandallandı

 "Sputnik Armenia" yazır: "Qarabağın digər şəhəri Ağdərənin (Martakertin) meri Ermənistanda saxlanılıb. Bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb. Mişa Gyurjyan ötən gecə saxlanılıb".

Bundan əvvəl də separatçı rejimin İrəvandakı qalıqlarının təmsilçiləri arasında həbs olunanlar var. Əskəranın qondarma "mer"i Hayk Şamiryan da iki gün əvvəl saxlanılmışdı.

Erməni mediası onların həbsində siyasi kontekstin olmasını bildirir. İddialara görə Gyurjyan və Şamiryan bundan bir neçə gün əvvəl Qarabağdakı separatçı rejimin digər nümayəndələri ilə birlikdə “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanla görüşübmüş.

Paşinyan hökuməti keşişə qoşulan sadə "qarabağlı"ları da dövlət yardımının kəsiləcəyi ilə hədələyib. / Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti