Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Ermənilər Ankaradan “yaşıl işıq” gözləyir
Ermənilər Ankaradan “yaşıl işıq” gözləyir

Mart ayında Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün açılacaq.

Reportyor.tv-nin məlumatına görə, bunu Türkiyə parlamentinin keçmiş deputatı Qaro Paylan sosial şəbəkə hedabında yazıb.

Paylan daha sonra qeyd edib ki, “Azərbaycan-Ermənistan sülh prosesinin müddəti Türkiyənin atacağı addımlardan asılıdır”.

Sözügedən mədələnin cari ilin yanvarından reallaşacağı barədə erməni mediası əvvəllər də yazmışdı. Həmçinin, rəsmi İrəvan Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan son günlərdə verdiyi açıqlamasında “Tamamilə səmimi desək, məsələ razılaşmanın nədən ibarət olmasında deyil, bunun nə vaxt baş verəcəyindədir. Ümid edirəm ki, ən yaxın günlərdə və həftələrdə sərhədin ən azı qismən açılmasını daha sonra isə sərhədin tam açılmasını görəcəyik” - demişdi. Amma rəsmi Ankara Ermənistanla bağlı məsələlərdə Azərbaycanın milli maraqlarını daim nəzərə alıb.

Beləliklə, Ermənistan rəhbərliyi nəzərlərini Ankaraya dikərək, günləri sayır. Bəs, mart ayında Türkiyə Ermənistana “yaşıl işıq” yandıracaqmı?

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf perspektivlərindən asılıdır: “Burada dost, qardaş və hərbi müttəfiq Türkiyənin Azərbaycanla olan münasibətləri həlledici faktor rolunda çıxış edir. Bununla yanaşı, Ermənistan və Türkiyə arasında da görüşlər, təmaslar davam etdirilir. Üçüncü ölkələr üçün Ermənistan-Türkiyə sərhədlərinin açılması haqqında uzun müddətdir ki, danışıqlar gedir”.

İ.Hüseynov əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində pozitiv dinamika, vətəndaş cəmiyyəti üzvlərinin qarşılıqlı görüşləri, taxıl tədarükü, neft məhsullarının çatdırılması da önəmli məsələlərdir: “Bütün bunlar bizdə ümid yaradır ki, Cənubi Qafqazda etibarlı və dayanıqlı sülh və təhlükəsizlik sistemini qurmaq mümkündür. Bir neçə aydır ki, biz sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağa alışırıq. Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə səmərəli görüşü də sülh prosesinə müsbət töhfə verdi”.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti