Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimində gecə vaxtı tapşırıqlar icra edilib - VİDEO
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimində gecə vaxtı tapşırıqlar icra edilib - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.
Bu barədə  Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti