Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » QURU SƏRHƏDlərlə bağlı YENİ XƏBƏR VAR: "Aydındır, sərhədlər bağlıdır, amma..."
QURU SƏRHƏDlərlə bağlı YENİ XƏBƏR VAR: "Aydındır, sərhədlər bağlıdır, amma..."

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb.


Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.


Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.


Qeyd edək ki, karantin rejiminin müddəti bundan əvvəl 1 iyul saat 06:00-dək uzadılmışdı.


Karantin rejiminin yenidən uzadılmasına ehtiyac var idi? Quru sərhədlərin açılması nə zamana mümkün ola bilər?


Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlamasında bu haqda danışıb.




“Quru sərhədlərinin açılması həm COVİD-19 virusu ilə əlaqələndirilir. Amma eyni zamanda görünür ki, müəyyən təhlükəsizlik amillərinə görə hələ ki sərhədlərin açılması məqsədəuyğun sayılmır. Bütün hallarda xəstələrə, tələbələrə bu baxımdan müəyyən güzəştli davranışlar edilməlidir. Bu edilsə daha doğru yanaşma ola bilər. Hər halda biz də bunu gözlüyürük. Bu kimi hallarda insanların vəziyyətini yüngülləşdirəcək tədbirlərin görülməsi daha məqsədəuyğundur".


Deputat qeyd edib ki, yuxarıda sadalanan həssas qrup şəxslərin xaricə gediş-gəlişinin asanlaşdıracaq digər mexanizmlərin tapılması vacibdir.


“Aydındır, sərhədlər bağlıdır, amma yoxsul insanların təyyarə ilə harasa getmək imkanı yoxdur. Məhz bu səbəbdən illərdir müalicəsi yarımçıq qalan vətəndaşlar var. Buna görə də bu məsələdə insanlara dəstək verəcək addımlar atılmalıdır”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti