Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Sərhəddə insident olub? - Azərbaycan əsgərləri Kirantsa gəlib ermənilərə deyiblər ki...
Sərhəddə insident olub? - Azərbaycan əsgərləri Kirantsa gəlib ermənilərə deyiblər ki...


Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasından sonra Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insident yaşanıb.

Publika.az xəbər verir ki, bu iddianı “Hraparak” yayıb. Bildirilir ki, hadisə yeni salınan yolun yaxınlığında qeydə alınıb. Sərhəd müəyyənləşdikdən sonra dövlətlərarası yolun bir hissəsi olan Kirantsa gedən körpü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb.

Ermənilərin iddiasına görə, Azərbaycan tərəfi yolun sərhəd pozuntusu ilə çəkildiyini əsas gətirərək etiraz ediblər.

“Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan “Hraparak”a məlumatı təsdiqləyib. “Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir. Dünən və ondan bir gün əvvəl Kirants sakinləri azərbaycanlıların əkdikləri buğdanı necə biçdiklərinin şahidi olublar”, - deyə deputat bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti