Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Əməliyyat zamanı Bakıya gətirilərək dindirilən və işdən çıxarılan rəisə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Əməliyyat zamanı Bakıya gətirilərək dindirilən və işdən çıxarılan rəisə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanova yeni vəzifə verilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.

Komitə sədrinin əmri ilə Elçin Şabanov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində post rəisi təyin olunub.

DGK-dan xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, bu ilin may ayında Tovuz Gömrük İdarəsində əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkarlanıb. Qanunsuzluqlar səbəbindən Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmək üçün Bakıya gətirilib. Sözügedən hadisədən sonra Elçin Şabanov vəzifəsindən azad edilib.

Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsi Qədirov Pərviz Paşa oğluna tapşırılıb. Pərviz Qədirov, həmçinin Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin rəisidir./ Qaynarinfo

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti