Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Qızmar istiyə görə 14 şəhərdə xəbərdarlıq elan edildi
Qızmar istiyə görə 14 şəhərdə xəbərdarlıq elan edildi

İtaliyada müşahidə edilən anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 14 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.
Səhiyyə Nazirliyi Roma, Bolzano, Breşia, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Neapol, Palermo, Peruccia, Rieti, Verona və Viterbo şəhərlərində yüksək risk xəbərdarlığı edib. Əhaliyə istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edən nazirlik vətəndaşları gün ərzində saat 11:00-18:00 arası yüksək temperatura məruz qalmamağa çağırıb.
Bazar ertəsi günündən başlayaraq çərşənbə axşamına qədər paytaxt Romada havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi regionlarda isə 45-48 dərəcəyə çatacağı gözlənilir.
Mütəxəssislər Mərkəzi-Cənubi Avropa üzərindəki antisiklondan qaynaqlanan anomal istilərin avqustun 15-dək davam edəcəyini bildiriblər.//Axar.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti