Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Məhkəməyə verin, qoy, onlara dərs olsun” - Natiq Cəfərlidən “Trendyol” və “Temu” ilə bağlı ÇAĞIRIŞ
“Məhkəməyə verin, qoy, onlara dərs olsun” - Natiq Cəfərlidən “Trendyol” və “Temu” ilə bağlı ÇAĞIRIŞ

“Trendyol” və “Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti, eləcə də çatdırılan məhsulların reklamda təqdim olunandan fərqli olması ilə bağlı narazılıqlar artır.

Onlayn ticarətdə bu kimi hallarla qarşılaşan alıcılar nə etməlidir?

Mövzu ilə bağlı  sualları cavablayan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, belə hallarla qarşılaşanlar məhkəmələrə müraciət edərək keyfiyyətsiz məhsul göndərən şirkətdən kompensasiya ala bilərlər:

“Dünyada müştəri məmnuniyyəti deyilən anlayış var. Müştəri məmnun deyilsə, sifarişlər azalır və həmin şirkətin qazancı aşağı düşür. Əgər şikayətlər çoxdursa, müştərilər məhkəmələrə müraciət edib ciddi kompensasiyalar ala bilərlər. Bu da həmin şirkətlərə dərs olar”.

Onun sözlərinə görə, şikayət və məhkəmə işlərinin sayı artıqca, cərimə ödəməyə məcbur qalan şirkətlər ya bazardan çıxacaq, ya da öz fəaliyyətlərini yaxşı formada təşkil etməyə cəhd edəcək:

“Biznesin qaydası budur. Vətəndaşlar aktiv olsunlar. Belə problemlərlə qarşılaşanlar çəkinmədən məhkəmələrə müraciət etməlidirlər”./KONKRET

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti