Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Zəngəzurla bağlı 4 yeni PLAN – ABŞ Ermənistanı nəyə hazırlayır?
Zəngəzurla bağlı 4 yeni PLAN – ABŞ Ermənistanı nəyə hazırlayır?

Son günlər Ermənistanın Naxçıvan və Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutması ABŞ-ın Zəngəzurda hərbi mövcudluğunu artırması fonunda baş verir. Rusiyanın Qafqazdan hərbçilərini çıxardığı bir məqamda Vaşinqtonun Ermənistandakı bazalara hərbçilərini göndərməsi isə diqqət çəkir.

ABŞ-ın Zəngəzurla bağlı planı nədir? Vaşinqton Ermənistanı nəyə hazırlayır?

Mövzu ilə bağlı danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, ABŞ və Ermənistanın hərbi əməkdaşlığı hazırkı mərhələdə Rusiyaya qarşıdır:

“Düşünürlər ki, əgər ABŞ, NATO və digər ölkələrin planlarına uyğun olaraq Rusiya Ukrayna müharibəsində strateji məğlubiyyətə uğrayarsa, öz silahlı qüvvələrini, 102-ci bazanı Gümrüdən, hərbi hava qüvvələrini Erebunidən, Federal Sərhəd Xidmətinin hərbçilərini Türkiyə və İranla sərhəddən çıxaracaq. Bunun ardınca rəsmi Vaşinqtonun planları reallaşmağa başlayacaq. Ermənistan üzərindən mövcud kommunikasiyaları və logistik strateji yolları nəzarətə götürəcək. Bu, gələcəyə hesablanmış addımdır. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan, Ermənistan, Türkiyə və Avropaya çıxış logistik imkanları əldə etməyi hədəfləyirlər. Həmçinin rəsmi İrəvan qazandığı dividentləri ABŞ-dan götürdüyü kreditləri ödəmək üçün istifadə edəcək”.

Hərbi ekspertin sözlərinə görə, Birləşmiş Ştatların Cənubi Qafqazda bir neçə istiqamət üzrə maraqları var:

“Birincisi, gələcəkdə mümkün müharibəyə görə İran üzərindən kəşfiyyat materiallarının toplanması.

İkincisi, Ermənistan üzərindən mühüm əhəmiyyətli logistik yollara çıxış imkanlarının əldə edilməsidir. Yəni İranı da nəzarətə götürərək onun sərhədlərində hərbi baza yaratmağı planlaşdırırlar.

Üçüncüsü, Rusiyaya qarşı NATO-nun Şərqə doğru genişlənmə proqramının reallaşdırılması, Ermənistanın Avropa İttifaqına üzvlüyünün mümkünlüyü də buna nümunədir.

Dördüncüsü, Azərbaycana qarşı çəkindirmə gücü kimi istifadə edəcəklər. Sülh sazişi bağlandıqdan, Azərbaycan-Ermənistan münasibətlərini mövcud əməkdaşlıq səviyyəsinə gətirdikdən sonra bunu coğrafiyada ABŞ-ın strateji planlarının mövcud nəticəsi kimi dəyərləndirəcəklər. Yəni ABŞ regionda əsas güc sahibi olmaq istəyir.

Ümumiyyətlə, Ermənistanı “təhlükəsizlik çətiri” altına almış kimi görünən ABŞ perspektivdə iqtisadiyyatının daha da güclənməsi istiqamətində addımlar atır. Çünki o, Zəngəzur dəhlizinin əhəmiyyətini və buradan əldə ediləcək dividentlərin vacibliyini yaxşı anlayır”./ Globalinfo.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti