Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » General Rəfail Mehdiyev HƏBS EDİLƏ BİLƏR - Milyonlarla vəsait YOXA ÇIXIB
General Rəfail Mehdiyev HƏBS EDİLƏ BİLƏR - Milyonlarla vəsait YOXA ÇIXIB

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevin fəaliyyətinin yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya nazirlikdəki mənbə məlumat verib.
Bildirilib ki, yeni ədliyyə naziri Fərid Əhmədovun bir müddət əvvəl işdən çıxardığı Rəfail Mehdiyevlə bağlı daxili yoxlamalar aparılıb.
Bildirilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla manatlıq vəsait yoxa çıxıb. Xüsusilə, məhkumların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının böyük bir hissəsi Bakıda müxtəlif apteklərdə satılıb.
Bundan başqa, cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrinin avadanlıqlarının yenilənməsi üçün ayrılan vəsaitlər də yalnız sənədlərdə əks olunub.
Eyni zamanda, məlum olub ki, cəzaçəkmə müəssisələrinə sağlam vəziyyətdə daxil olan bəzi şəxslər sonrakı illərdə Hepatit və vərəm xəstəliklərinə yoluxublar.
Lakin nazirin Rəfail Mehdiyevlə bağlı aşkar edilən bu faktları Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib-etməyəcəyi hələlik məlum deyil.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti