Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Türkiyə ilə bağlı üzücü xəbər: Almaniyadakı terror aktında...
Türkiyə ilə bağlı üzücü xəbər: Almaniyadakı terror aktında...

Xəbər verdiyimiz kimi, Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdikləri iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb. Nəticədə 11 nəfər ölüb, 80 insan yaralanıb.
reportyor.tv xəbər verir ki, xəsarət alanlar arasında 2 Türkiyə vətəndaşının olduğu məlum olub.
Türkiyənin Xarici İşlər Nazirliyinin Dəstək Mərkəzi yaralanan türklərin həyati təhlükəsinin olmadığını və müalicələrinin davam etdiyini açıqlayıb:
"Dünən Almaniyanın Maqdeburq şəhərində Milad bazarında baş verən faciəvi hücumda iki vətəndaşımızın yaralandığı öyrənilib. Vətəndaşlarımızın xəstəxanada müalicəsi davam etdirilir və həyati təhlükəsi yoxdur. Vəziyyətləri Hannoverdəki Baş Konsulluğumuz tərəfindən yaxından izlənilir”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti