Yekaterinburqda “qara bayram”-Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Tarix: Bu gün, 11:47
Baxılıb: 200
Google+ Paylaş
Tumblr Paylaş

Yekaterinburqda “qara bayram”-Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?

Bu gün, 11:47

Böyük rezonans doğurmuş və ən azı iki nəfər şəhər sakininin öldürülməsi ilə nəticələnən hadisələr fonunda Yekaterinburqda Rusiya Gəncləri Günü təntənəli qeyd edilib. Yekaterinburqun rəhbəri Aleksey Orlovun rəhbərliyi ilə şəhərin əsas parkından yürüş olub. Həmin gün “Rus ruhuna oxu” karaoke yarışı da keçirilib.

İyunun 27-dən 28-nə keçən gecə isə Yekaterinburqda 11-ci dəfə keçirilən illik "Ural musiqi gecəsi" festivalının da açılışı olub. Festival çoxlu sayda şəhər sakinini və 3000 sənətçini bir araya gətirib.

Daha bir maraqlı fakt budur ki, hadisədən bir gün əvvəl Sverdlovsk vilayəti qubernatoru vəzifəsini icra edən Denis Pasler Yekaterinburqda Azərbaycan da daxil səkkiz xarici ölkənin baş konsulları ilə işgüzar görüş keçirib. Musavat.com ekburg.ru saytına istinadən xəbər verir ki, Pasler iyunun 26-da keçirilən görüşdə Ural ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə ediblər. Qubernator səlahiyyətlərini icra edən Pasler qeyd edib ki, Sverdlovsk vilayəti beynəlxalq və xarici iqtisadi əlaqələrin inkişafında Rusiya regionları arasında lider mövqeyini qoruyub saxlayır.

“Sizin işiniz həm təmsil etdiyiniz ölkələr, həm Sverdlovsk vilayəti, həm də bütün Rusiya Federasiyası üçün vacibdir. Bizim çoxlu böyük birgə tədbirlərimiz var. Bu yaxınlarda “INNOPROM-2025” sərgisi keçiriləcək. Təbii ki, bu birgə iş dövlətlərimizin, xalqlarımızın mənafeyi naminə aparılmalıdır", - deyə Denis Pasler bildirib.

Görüş zamanı 2025-ci ilin sonuna kimi Sverdlovsk müəssisələrinə Azərbaycan və Qazaxıstandan iş adamlarından ibarət işgüzar missiyanın təşkil edilməsi barədə razılıq əldə olunub. Denis Pasler həmçinin Vyetnam, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri ilə sosial-iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlib.

Qeyd edək ki, hazırda Yekaterinburq iyulun 7-dən 10-dək keçiriləcək “INNOPROM-2025” sərgisinə hazırlaşır. Azərbaycanın iştirak edib-etməyəcəyi haqda dəqiq bilgi yoxdur.

Yekaterinburqdakı Azərbaycanın Baş Konsulluğuna gəlincə, rəsmi saytlarında bu görüş və baş vermiş hadisə haqda heç bir bilgi yoxdur. Hətta tabeliyində olduqları Azərbaycan XİN-in məlum bəyanatını belə səhifələrində yerləşdirməyiblər.

Məlumat üçün deyək ki, Baş konsul vəzifəsini hazırda müvəqqəti Şöhrət Mustafayev icra edir. Konsul isə Asim Osmanovdur.

Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ