Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Musavat.com-a Baş Prokurorluqdan bildirilib.
Aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti