Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda 52 yaşlı kişi güllələnib, qardaşı oğlu saxlanılıb - YENİLƏNİB
Bakıda 52 yaşlı kişi güllələnib, qardaşı oğlu saxlanılıb - YENİLƏNİB

Bakıda 52 yaşlı kişinin güllələnməsi ilə bağlı saxlanılan var.
DİN-dən Reportyor.tv  verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən A.Fətullayevin qardaşı oğlu 1984-cü il təvəllüdlü Fətullayev Elməddin Yunis oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Hadisə ilə bağlı Xətai rayon prokurorluğu da məlumat yayıb. Məlumata görə, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Qeyd olunub ki, oktyabrın 17-də 1971-ci il təvəllüdlü Arif Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Xətai rayonunda qətl hadisəsi olub.
DİN-in mətbuat xidmətindən Reportyor.tv  verilən məlumata görə, oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

Şərhlər