
Qeyd edək ki, bir neçə il əvvəl Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun ölkədən qaçdığına dair mətbuatda xəbərlər yayılmışdı. Onun adı özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstənin məhkəmə işində keçirdi. Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub.

Beləliklə aydın olur ki, Hacı Mazan Zeynalovu Paşazadələrlə bağlayan təkcə qohumluq əlaqələri deyil. Sovet dövründə R.Zeynalov, separatçılıq fəaliyyətinə görə uzun müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra isə ölkədən qovulmuş Əlikram Hümbətov və Şeyxin qardaşı, hazırda Milli Məclisin üzvü olan Cavanşir Paşazadə cavanlıq illərindən dostluq ediblər.


Hacı Mazan öldürdüyü sürücünün 50 min dollarını oğurlayıb?
Onun bioqrafiyasında olan və kimliyi haqda əlavə təsəvvür yaradan başqa bir məlumat 7 iyul 2010-cu ildə mətbuatda dərc olunub. Həmin vaxt qəzetlər yazmışdı ki, 6 iyul 2010-cu ildə Bakı-Astara yolunun 75-ci km-liyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yazılarda qeyd olunurdu ki, Bakıdan İran istiqamətinə hərəkət edən “Bayram M” firmasına məxsus “Az 10 AA 641” dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomaşın qarşı tərəfdən gələn “VAZ-2121” markalı, “Az 10 KL 322” dövlət nömrə nişanlı “Niva” avtomobili ilə toqquşub.

“Araşdırmalar nəticəsində müəyyənləşdirə bildik ki, Ramazan Zeynalovun avtomobilində – Əhmədli qəsəbəsi, Sarayeva 20 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Zəkəranlı Mətanət Ağabala qızı, elə həmin ünvanda qeydiyyatda olan 1950 təvəllüdlü Nuriyeva Qəmzə (Qənirə) Ərəstun qızı və hələlik adları bizə məlum olmayan bir neçə xanım olub. Hadisə şahidlərinin redaksiyamıza telefon açaraq bildirdiyi məlumatlarda göstərilir ki, hadisə zamanı “Niva” markalı avtomobilin sürücüsü ağır yaralansa da sağ olub. Amma Ramazan Zeynalov və onun yanındakılar “Niva”nın sürücüsü Qurbanov Gülağa Ağa oğlunu söyüşlərlə ağır təhqir ediblər və deyilənə görə onu döyüblər də. Yaralı sürücü onu xəstəxanaya çatdırılmasını xahiş etsə də, buna məhəl qoyan olmayıb”. Şahidlər bildirir ki, dünyasını dəyişən “Niva” markalı avtomobilin yaralı sürücüsü xəstəxanaya çatdırılsaydı, onun həyatını xilas etmək mümkün olardı. Ramazan Zeynalov isə ağır yaralını xəstəxanaya çatdırmaq əvəzinə onu təhqir edib və qanunu pozub”.

Mətbuat o dövrdə yazıb ki, hadisənin tam təfərrüatları bununla bitməyib: “Etibarlı mənbələrdən aldığımız məlumata görə, Ramazan Zeynalov başqa xoşagəlməz hərəkətlər də törədib. Bildirilir ki, “Niva” markalı avtomobildə təxminən 50 min dollara yaxın pul olub.
Ramazan Zeynalov bu pulu götürərək onun az miqdarını yol polislərinə verib. Böyük bir hissəsini isə özü götürüb. Lakin polislər bu pulu qəbul etsələr də, sonradan istintaqa təhvil veriblər. Onlar aldıqları pulu – təxminən 6 min dolları istintaqa təhvil veriblər”.
Göründüyü kimi Hacı Mazanı yola bağlayan 2 məlumatın heç birində yol təmir tikintisindən söhbət getmir. Belə nəticəyə gəlmək olar ki, bu sahə Hacı Mazan üçün yenidir. Onun yol təmir-tikintisinə baş vurması mal daşımaqdan əl çəkməsi kimi qiymətləndirmək də olar.
Uzun müddətdir şəkərli diabet xəstəliyindən əziyyət çəkən “Hacı Mazan”ın səhhətində hal hazırda ciddi problemlər yaranıb.
“Hacı Mazan” Eldar Həsənov və Ələkbər Həsənov haqqında dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunurlar . Onlar , daima xoşagəlməz məsələlərlə gündəmə gəlir. Adı narkoticarətdə hallanan Ramazan Zeynalov isə pulu olduğu üçün hələdə azadlığdadır.
Araşdırmamız davam edir…
XÜSUSİ QEYD: Məqalədə yer alan Haci Ramazanla bağlı faktlar və mətnlərin əksəriyyət quruluşu müxtəlif vaxtlarda əsasən musavat.com, (2014-cü ildə müsavat qəzetində) virtualaz.org, qafqazinfo, azərbaycanreallığı və digər saytlarda yayımlanmış məqalələr və xəbərlər əsasında hazırlanmışdır.(Turantv az)
RealMedia.az olaraq adları keçən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Şərhlər