Ötən gün 12 silah, 2 qumbara aşkarlandı
Tarix: 17-01-2024, 10:17
Baxılıb: 161
Google+ Paylaş
Tumblr Paylaş

Ötən gün 12 silah, 2 qumbara aşkarlandı

17-01-2024, 10:17

Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah, 2 qumbara təhvil götürüb.
Bu barədə Reportyor.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 11 ədəd müxtəlif markalı tüfəng və 35 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin, ötən gün qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ