Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Köçəryanla bağlı qərar verildi - cinayət işi açılacaq
Köçəryanla bağlı qərar verildi - cinayət işi açılacaq

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun müraciətini təmin edərək ölkənin ikinci prezidenti, “Ermənistan” (“Hayastan”) blokunun lideri Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsinə razılıq verib.

Reportyor.tv “Armenpress”ə istinadən xəbər verir ki, bunu Köçəryanın vəkili Aram Orbelyan məlumat verib.

“MSK-nın qərarından sonra eks-prezidentə qarşı rəsmi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürüləcək. Söhbət Köçəryanın prezidentliyi dövründə- 2004-cü ildə hökumət tərəfindən təsdiq edilmiş bir sövdələşmədən gedir. Sözügedən sövdələşmə heç bir şəkildə mübahisələndirilməyib, Robert Köçəryanın və ailə üzvlərinin məsələ ilə heç bir əlaqəsi yoxdur.

2008-ci ildə Köçəryan artıq vəzifədə olmayanda, onun oğlu Sedrak Köçəryan böyük vəsait ödəyərək həmin şirkətdə payçı olub. İndi isə bunu 2004-cü ilin hadisələri ilə əlaqələndirməyə çalışırlar. Söhbət “Master Klas” tennis kortlarının ərazisindən gedir. Həmin ərazi icarəyə verilib və icarədar ərazidə öz vəsaiti hesabına tikintiyə başlayıb. Lakin 2008-ci ildə maliyyə çətinlikləri yarandığı üçün investor axtarıb və Sedrak Köçəryana təklif verib, o da prosesdə payçı kimi iştirakçılığa razı olub”.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku parlamenti keçid baryerini adlayaraq 12 mandat qazanıb. Köçəryan blokun seçki siyahısına başçılıq etdiyi üçün deputatlığa namizəd statusu daşıyırdı. Bu səbəbdən onun cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi üçün MSK-nın rəsmi razılığı tələb olunurdu.

Nigar Həsənli
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti