
Ağdamda Xaçınçaydan keçən sel suları yaşayış məntəqəsinə təhlükə yaradıb.
Reportyor.tv Azərtac-a istinadən xəbər verir ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Xaçınçayında suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub, yaşayış evləri üçün təhlükə yaradıb. Həmçinin sel nəticəsində qaz xəttinə də ziyan dəyib.
Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görülür.






Şərhlər