Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Kreml Bryanskda uşaqlarla dolu avtobusa hücumu terakt adlandırıb
Kreml Bryanskda uşaqlarla dolu avtobusa hücumu terakt adlandırıb

“Kiyev rejimi Bryansk bölgəsində dron vasitəsilə Belarus uşaq futbol komandasını daşıyan avtobusa hücum edərək terror aktı həyata keçirib”.

Reportyor.tv xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Vladimir Putin səhiyyə naziri Mixail Muraşkoya zəng edərək, Kiyev rejiminin Bryansk bölgəsində dron vasitəsilə uşaq futbol komandasının avtobusuna hücum edərək həyata keçirdiyi terror aktı nəticəsində yaralananlara yardım göstərmək üçün bütün zəruri təcili tədbirləri görməyi tapşırıb", - deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, 17 iyunda Ukrayna ordusu Bryansk bölgəsində Belarus uşaq futbol komandasını daşıyan avtobusa hücum etmək üçün təyyarə tipli PUA-dan istifadə edib. Hücuma məruz qalan avtobusda 28 uşaq idmançı da daxil olmaqla 44 sərnişin olub. Nəticədə idmançıları müşayiət edən bir qadın ölüb. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, beşi uşaq da daxil olmaqla yeddi yaralı xəstəxanaya yerləşdirilib.

Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti