Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Türkiyədə olduqca təhlükəli həşərat növü aşkarlandı
Türkiyədə olduqca təhlükəli həşərat növü aşkarlandı

İstanbulun bir neçə böyük rayonunda əvvəllər Türkiyədə rast gəlinməmiş çox təhlükəli Asiya pələng ağcaqanadları aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə “Haberturk” məlumat verib.
Həşəratların bu növünün təhlükəsi ondan ibarətdir ki, onlar son dərəcə təhlükəli xəstəliklərin daşıyıcılarıdır və ehtimal ki, yeni şəraitə asan uyğunlaşmaq qabiliyyətinə malikdirlər. İstanbul Universitetinin dosenti Kərəm Ətərin sözlərinə görə, bu ağcaqanadlar yalnız gecə deyil, bütün gün ərzində hücum edirlər və açıq havada olan insanlar üçün təhlükəlidirlər.
"Onlar digər ağcaqanadlardan daha çox aqressivdirlər və Zika virusu, sarı titrətmə kimi xəstəlikləri daşıya bilərlər", - o deyib.

Şərhlər