"Bandotdel" Bakıda əməliyyat keçirdi - 45 min manatlıq əməliyyat
Tarix: 21-11-2020, 11:46
Baxılıb: 638
Google+ Paylaş
Tumblr Paylaş

"Bandotdel" Bakıda əməliyyat keçirdi - 45 min manatlıq əməliyyat

21-11-2020, 11:46

Bakıda vətəndaşların külli miqdarda pulunu ələ keçirmiş şəxsə qarşı əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı şəhər və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45000 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ