
İsrail hərbi hava qüvvələrinin İranın strateji liman şəhəri olan Bəndər-Abbasa endirdiyi gecə zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha bir yüksək rütbəli üzvünün məhv edildiyi bildirilir.
Reportyor.tv xəbər verir ki, İranın yerli mənbələrinə istinadən yayılan məlumata görə, hücum zamanı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli komandiri Qolamrza Məhəmmədzadə öldürülüb. Hazırda İsrail kəşfiyyatının SEPAH-ın birinci eşelon rəhbərliyindən sonra "ikinci eşelon" adlandırılan operativ və taktiki komandirlərin sistemli şəkildə ləğv edilməsi mərhələsinə keçdiyi qeyd olunur.
İran rəsmiləri hələlik bu itki ilə bağlı rəsmi təsdiq verməsələr də, yerli monitorinq qrupları liman ərazisində güclü partlayışların baş verdiyini və hərbi dəniz bazasının hədəf alındığını bildiriblər. Analitiklər hesab edirlər ki, strateji komandirlərin bu cür nöqtə zərbələri ilə sıradan çıxarılması İranın dənizdəki əməliyyat qabiliyyətini və Hörmüz boğazı ətrafındakı nəzarətini ciddi şəkildə zəiflətməyə hesablanıb.
Musavat.com






Şərhlər