
Pakistanın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 400-ə çatıb, ən azı 250 nəfər yaralanıb.
Reportyor.tv xəbər verir ki, məlumatı "TOLO News" Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrata istinadən yayıb.
Əfqanıstan hakimiyyəti hücumun narkotik reabilitasiya mərkəzini hədəf aldığını iddia edir. Pakistanın İnformasiya və Yayım Nazirliyi bu iddianı təkzib edərək, bunu "faktların ictimaiyyəti çaşdırmaq məqsədi ilə təhrif edilməsi" adlandırıb.
Musavat.com






Şərhlər