Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI
DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.

Musavat.com xəbər verir ki, bu gün günorta saatlarında Ə.Kərimlinin apellyasiya məhkəməsi öncəsi Dövlət Təhlükəsizlik Xidmətininin əməkdaşları tərəfindən AXCP fəalının evində axtarış aparılıb, ona məxsus kompüter, telefon və başqa əşyalar götürülüb.

Özü isə DTX-yə aparılıb. Bu barədə sosial şəbəkələrdə onun ailə üzvləri məlumat yayıblar.

Qeyd edək ki, AXCP-də həbslər ötən həftənin şənbə günündən başlayıb. Partiya rəhbərliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb olunurlar. Artıq AXCP sədri Əli Kərimli və müşaviri Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər