Moskvada teatr direktoru xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
İdarədən verilən məlumata görə, o, gecə yarısı Planernaya küçəsindəki yaşayış binasında bıçaq yarası ilə aşkarlanıb. O da qeyd edilib ki, zərərçəkən dərhal xəstəxanaya aparılıb və polis hadisənin səbəblərini araşdırır.
TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi sözügedən şəxsin "Liça" Musiqili Dram Teatrının direktoru Pavel Sutin olduğunu təsdiqləyib. Sutin bu vəzifəni 2020-ci ildən tutur.






Şərhlər