Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda ana 2 oğlu ilə özünü BİNADAN ATDI - Səbəbi HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK (YENİLƏNDİ)
Bakıda ana 2 oğlu ilə özünü BİNADAN ATDI - Səbəbi HƏR KƏSİ DƏHŞƏTƏ GƏTİRƏCƏK (YENİLƏNDİ)

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur.
Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Ər Cavid Cəfərov saxlanılıb, araşdırma aparılır.(Qafqazinfo)
xxx
01.00
Bakıda intihara cəhd hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.
Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır. (report)

Şərhlər