
Kikboksçu Tülin Ələkbərovanın restoranda qadını döyməsinin təfərrüatı məlum olub. Hadisə zamanı Tülin Ələkbərova sərxoş olub.
"Bakunews.az" xəbər verir ki, hadisə Bakının tanınmış restoranlarından biri olan “Burju Baku” da baş verib.
Tülin Sevda adlı tanışı və iki oğlanla restorana istirahət etməyə gəliblər. Tülin spirtli içki qəbul etdikdən sonra halı pisləşib. Tülin Sevda ilə birlikdə sanitar qovşağa gediblər. Tülin içəri daxil olanda Sevda qapıda dayanaraq heç kimin içəri girməsinə icazə verməyib.
Bu zaman sanitar qovşağa gələn Kəmalə adlı xanım içəri daxil olmaq istəyib. Lakin Sevda ona icazə vermədiyi üçün Kəmalə ilə aralarında mübahisə baş verib. Səs-küyə qapını açan Tülin Kəmaləyə yumruq və təpik zərbələri endirib.
Təqsirləndirilən Tülin deyib ki, hadisə zamanı sərxoş olub və Kəmalənin Sevdanı yerə yıxdığını gördüyü üçün ona bir yumruq zərbəsi vurub.
Zərərçəkmiş Kəmalə isə ifadəsində bildirib ki, hadisə vaxtı Sevda ondan sanitar qovşağa getməməsini istəyib. Kəmalə bildirib ki, bir neçə dəqiqə gözləsə də sonra vəziyyəti pis olduğu üçün sanitar qovşağa keçmək üçün Sevdanı itələyib. Bu zaman mübahisə yaranıb. Tülin sanitar qovşaqdan çıxaraq ona yumurq zərbələri vurub. Yerə yıxılan zaman isə təpiklə ona zərbələr endirib.
Kəmalə zərərçəkmiş tərəf olaraq Tülindən 5 min manat zərərin təmin edilməsini tələb edir. Onun sözlərinə görə, aldığı xəsarətlərdən sonra bir müddət işləməsində yaranan problemlərin səbəbkarı olaraq ona maddi zərər dəyib. Madi və Mənəvi zərərinə görə Kəmalə xanım Tülindən şikayətçi oldğunu bildirib.
Şahid qismində dindirilən restoranın administratoru deyib ki, hadisə zamanı Tülin sərxoş olduğu üçün onu sakitləşdirmək istəyən şəxslərə müqavimət göstərirmiş.
Məhkəmə araşdırması zamanı məlum olub ki, hadisədən sonra Tülin həbs edilib. İki gün saxlanmıldıqdan sonra onun barəsində Məhkəmə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Daha sonra Nərimanov Rayon Məhkəməsi Tülin Ələkbərovanı xuliqanlıqda təqsirli bilib və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Şərhlər