Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Atəşkəs dövründə daha bir əsgərimiz şəhid oldu - Təxribat edən ermənilər 6 təlafat verib
Atəşkəs dövründə daha bir əsgərimiz şəhid oldu - Təxribat edən ermənilər 6 təlafat verib

Bu gün Hadrut istiqamətində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayil oğlu erməni diversantların hücumu nəticəsində şəhid olub.
Musavat.com xəbər verir ki, bu barədə Meydan TV-nin təmsilçisi Həbib Müntəzir sosial şəbəkədə məlumat paylaşıb. O, xatırladıb ki, E.Qənbərov iki gün öncə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
Əsgərimizin şəhid olması xəbərini yaxınları da təsdiqləyib. Sosial şəbəkədə özünü onun bibisi oğlu kimi təqdim edən Rəşad İsgəndərov bu barədə aşağıdakıları yazıb: “Elmir dayım oğlu idi. Sonuncu dəfə dünən zəng edib danışmışdıq. Füzuli və Cəbrayılın işğaldan azad olunmasına görə aldığı medal münasibətilə təbrik etmişdim. Sonuncu danışığımız olduğu heç ağlıma gəlməzdi.Allah rəhmət etsin, qardaş. Atəşkəs dövründə bu cür təxribatlara nə ad vermək olar?”
H.Müntəzir daha sonra digər məlumatları da sosial şəbəkə vasitəsilə paylaşıb: “Xocavəndin Tuğ kəndi tərəfdən 2 şəhid və bir əsir xəbəri var. Şəhidin biri yaxınları tərəfindən təsdiqləndi. Digər xəbər isə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qruplarının əraziyə yollandığı və təmizlik üçün hərbi əməliyyatın başlandığı deyilir. Bizdən 2 şəhid, 5 yaralı və 1 əsir var. Qarşı tərəfdən isə 6 nəfər öldürülüb, 6 nəfər isə əsir götürülüb. Ermənilər qazdıqları iri tunel vasitəsiylə diversiya hücumu təşkil ediblər, hazırda əks antiterror əməliyyatı keçirilir”.
Musavat.com xəbər verir ki, bu xəbər hələlik rəsmi səviyyədə öz təsdiqini tapmayıb. Amma atəşkəs dönəmində əsgərlərimizin şəhid olması və bunun mümkün nəticələri artıq cəmiyyəti hərəkətləndirib.

Şərhlər