Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » DİN 3 qadının öldüyü hadisə ilə bağlı məlumat yaydı
DİN 3 qadının öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 23-də saat 12 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakini İ.Orucov idarə etdiyi “BMW” markalı  avtomobili qarşıda gedən Təhlə kənd sakini R.Əliyevin idarə etdiyi “VAZ-2109” markalı  avtomobilə vurub. Nəticədə R.Əliyevin sərnişinləri Təhlə kənd sakinləri Vəzifə Tanrıverdiyeva və bacısı Aybəniz Yusifova hadisə yerində ölüb, özü və digər 3 sərnişini və digər sürücü xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən R.Əliyevin bacısı Dilarə orada ölüb.
Goranboy RPŞ-də araşdırma aparılır.

Şərhlər