Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Türkiyə bayrağına hörmətsizlik edən şəxs 30 sutka həbs edilib
Türkiyə bayrağına hörmətsizlik edən şəxs 30 sutka həbs edilib

Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən Fuad İsmayılov barəsində məhkəmə qərarı elan olunub.
Musavat.com-un xəbərinə görə, Nizami Rayon Məhkəməsinin qərarı ilə F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılmışdı. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə görüntüdəki 1985-ci il təvəllüdlü Fuad İsmayılov qısa müddətdə saxlanılıb.

Şərhlər